Slimfit
  1. AZƏRBAYCAN

Nazir müavini: 'Azərbaycanda 6700 uşaq evdə təhsil alır'

Nazir müavini: 'Azərbaycanda 6700 uşaq evdə təhsil alır'
Sakura

Nazir müavini: 'Azərbaycanda 6700 uşaq evdə təhsil alır'

“Azərbaycanda, təxminən, 70 minə yaxın sağlamlıq imkanları məhdud olan uşaq var”.

Report” xəbər verir ki, bunu Təhsil nazirinin müavini İdris İsayev deyib.

O bildirib ki, həmin uşaqlardan 10 minə yaxını ümumtəhsil pilləsində təhsil alır.

İ.İsayevin sözlərinə görə, ölkə üzrə sağlamlıq imkanları məhdud olan uşaqlardan 6700 nəfəri evdə təhsil alır: ”Çünki onların təhsil müəssisəsinə gəlib-getmə imkanları yoxdur. Eyni zamanda, təxminən, 4700 uşaq xüsusi təhsil müəssisələrində və inteqrasiya təlimli təhsil müəssisələrində təhsil alır. Bunların da müəyyən bir qismi ümumtəhsil müəssisələrində oxuyurlar. Biz bu uşaqların daha çox ümumtəhsil müəssisələrində təhsil almasına önəm veririk, çünki onların həmyaşıdları ilə birlikdə təhsil alması daha məqsədəuyğundur”.

O qeyd edib ki, hazırda ümumtəhsil pilləsində sağlamlıq imkanları məhdud olan uşaqların təhsil aldığı 86 sinif mövcuddur.

Nazir müavini əlavə edib ki, dünya əhalisinin 15 faizi əlildir: “Ümumilikdə, 14 yaşına qədər uşaq və yeniyetmələrin sayı 93 milyona yaxındır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR