Slimfit
  1. İQTİSADİYYAT

Nazir müavini: “Azərbaycan Trans-Xəzər layihəsində təşəbbüskar deyil və tranzit rolu oynayacaq”

Nazir müavini: “Azərbaycan Trans-Xəzər layihəsində təşəbbüskar deyil və tranzit rolu oynayacaq”
Sakura

Nazir müavini: “Azərbaycan Trans-Xəzər layihəsində təşəbbüskar deyil və tranzit rolu oynayacaq”

"Azərbaycan Trans-Xəzər qaz boru kəməri layihəsində təşəbbüskar deyil və tranzit rolu oynayacaq".

Bunu “Report”a açıqlamasında Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov bildirib.

Onun sözlərinə görə, bu layihə gerçəkləşərsə, Azərbaycan burada israrla mənbənin və alıcının anlaşmasını və təşəbbüsünü ələ almalarını təmin edəcək: “Bu layihə gerçəkləşdiyi təqdirdə özünün infrastrukturunu töhfə olaraq bu prosesə əlavə olmasına heç bir şəkildə qarşı olmayacaq”.

Nazir müavininin sözlərinə görə, ancaq təşəbbüs tranzit ölkəsindən deyil, alıcılardan və satıcılardan gəlməlidir: “Azərbaycan tərəfi bu sahədə olan irəlləmələri diqqətlə müşahidə edir. Azərbaycan öz neftinin və qazının satılması mövzusunda hər zaman təşəbbüskardır. Amma hər hansı başqa ölkənin neft və qazının üçüncü tərəflərə satılması mövzusunda Azərbaycan, əgər onun  o tərəflərlə anlaşması varsa, hər zaman öz töhfəsini verməyə hazırdır. Ancaq burada təşəbbüskar deyilik”.

E. Soltanov deyib ki, bunu cənab Prezident də qeyd edib: “Bizim əlavə həcmləri qəbul etmək üçün kifayət qədər böyük infrastrukturumuz var. Bizim beynəlxalq təcrübəmiz var ki, bu infrastrukturu və münasibətləri asanlaşdıraq və effektiv şəkildə həyata keçirilməsini təmin edək. Ancaq bu alıcı və satıcı arasında olan münasibətlərə bağlıdır. Azərbaycanın burada diqqət etdiyi digər məqam ondan ibarətdir ki, biz indiyə qədər bütün fəaliyyətimizi – Avropanın və daha geniş regionun enerji təhlükəsizliyinə böyük töhfə verərkən bütün qonşu dövlətlərin marağını nəzərə alırıq. Öz marağımız birinci gəlsə də, digər ölkələrin də maraqlarını nəzərə alırıq. Təbii ki, bura bütün qonşu dövlətlər daxildir. Eyni şəkildə də türkmən qazı üçün eyni prinsiplər tətbiq etmək lazımdır. Yəni, alıcının və satıcının kimliyindən asılı olmayaraq, Azərbaycan hər zaman qonşu dövlətlərin hamısının bu məsələ içində maraqlarının təmin olunmasına diqqət edir. Bilirsiniz ki, Azərbaycan Avropada bir çox layihələrdə qarşı-qarşıya olan dövlətlər eyni layihədə birləşdirmək qabiliyyyətini sərgiləyən bir dövlətdir. Bu layihədə də bu məsələni eyni şəkildə görür”.

Bu gün Türkmənistan nefti, kondensatı və həm də Qazaxıstanın da nefti və neft məhsulları zaman-zaman Azərbaycan üzərindən yenə də dünya bazarlarına çıxmaqdadır. "Bu sadəcə olaraq həcmin dəyişməsi və keyfiyyətcə bəlkə yeni infrastuktur vasitəsilə neft və qazın ötürülməsi mənasına gələcək. Ancaq onsuz da Azərbaycan bu prosesin içindədir", - nazir müavini qeyd edib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp ümid edir ki, Türkmənistan bu yaxınlarda Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsindən sonra Qərbə qaz ixracının imkanlarından istifadə etməyə başlayacaq. ABŞ prezidentinin Novruz bayramı münasibəti ilə türkmənistanlı həmkarı Qurbanqulı Berdiməhəmmədova ünvanladığı teleqramda deyilirdi ki, Türkmənistan Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Qərbə yeni qaz ixrac imkanlarından istifadə edə biləcəyinə ümid edir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR