Slimfit
  1. AZƏRBAYCAN

Nazir müavini: “Azərbaycan gəncləri arasında işsizlik göstəricisi orta rəqəmdən 2 dəfə yüksəkdir”

Nazir müavini: “Azərbaycan gəncləri arasında işsizlik göstəricisi orta rəqəmdən 2 dəfə yüksəkdir”
Sakura

Nazir müavini: “Azərbaycan gəncləri arasında işsizlik göstəricisi orta rəqəmdən 2 dəfə yüksəkdir”

 “Azərbaycanda gənclərin işlə təmin olunması istiqamətində ciddi addımlar atılsa da, gənclər arasında işsizlik göstəricisi orta rəqəmdən 2 dəfə yüksəkdir”.

Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Kənd Təsərrüfatı Nazirliyinin “Aqrar Məşğulluğun Artırılması Layihəsi”nin (AMAL) təqdimatında deyib.

“2017-ci ilin yekununda gənclər arasında işsizlik göstəricisi 9,2% təşkil edib. Bu rəqəm gənc qadınlar arasında 11%-dir. Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğulluq proqramının icrasına 36 mln. manata yaxın vəsait sərf edəcək. Artıq 7 800 nəfər bu proqrama cəlb olunub. Onlara treyninqlər keçirilib, biznes planlarının hazırlanması ilə bağlı biliklər aşılanıb. 6 530 nəfər biznes planını təsdiqləyib. Bu planların 70%-i aqrar sahə ilə bağlıdır. İlin sonuna qədər proses yekunlaşdırılacaq", - deyə o, qeyd edib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR