Slimfit
  1. CƏMİYYƏT

Nazir: 'Könüllülük hərəkatına qatılmış müəllimlər savadsızlığın ləğvi üçün iş aparıblar'

Nazir: 'Könüllülük hərəkatına qatılmış müəllimlər savadsızlığın ləğvi üçün iş aparıblar'
Sakura

Nazir: 'Könüllülük hərəkatına qatılmış müəllimlər savadsızlığın ləğvi üçün iş aparıblar'

"Könüllülük hərəkatı gənclərin perspektivi üçün yol açır. Könüllülük hərəkatına vaxtilə müəllimlər də qatılıb. Onlar savadsızlığın ləğvi üçün kütləvi şəkildə iş aparıblar".

"Report" xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Azərbaycan tələbə-könüllülərinin Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanı "Gənclər ölkəsi" adlandırmaq olar: "Ölkə əhalisinin, təxminən, 50 faizi yaşı 30-dək olan şəxslərdir. Hazırda dünyada bir milyona yaxın insan könüllülük hərəkatına qoşulub. Dünyada hər 7 nəfərdən biri könülllüdür".

C.Bayramov bildirib ki, Azərbaycanda könüllülüyün son illərdə geniş vüsət aldığını bildirib: "Bu hərəkat ilbəil artır. Azərbaycanın 11 regionundakı ali və orta ixtisas məktəblərində 23 mindən artıq könüllü var. Bu, hər bir gənc üçün həyat kredosuna çevrilməlidir. Müasir dünyada peşələrin və ixtisasların çox tez dəyişdiyi, süni intellektin, innovasiyaların həyatımıza siraət etdiyi bir dövrdə maraqlarımıza uyğun peşələrin seçilməsi həmin peşələr üzrə yüksək ixtisaslı mütəxəssis olması, beynəlxalq səviyyədə rəqabət qabiliyyətli olması kimi vacib vəzifələri özünüz üçün müəyyən etməlisiniz. Bunlar sizin üçün əsas prioritetlər olmalıdır".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR