Slimfit
  1. AZƏRBAYCAN

Nazir italiyalı kinematoqrafçılarla görüşdü

Nazir italiyalı kinematoqrafçılarla görüşdü
Sakura

Nazir italiyalı kinematoqrafçılarla görüşdü

Mədəniyyət naziri Əbülfəs Qarayev İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalının sədri, italiyalı aktyor Rimo Gironenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Kult.az xəbər verir ki, nazir Əbülfəs Qarayev iki ölkə arasında mədəniyyət sahəsində əlaqələr və əməkdaşlığın gələcək perspektivlərindən danışaraq, ilk dəfə keçirilən bu festivalın kinematoqrafiya sahəsində əlaqələrin inkişafına əhəmiyyətli töhfə verdiyini və bu kimi tədbirlərin qarşılıqlı mədəni mübadilə üçün şərait yaratdığını vurğulayıb.

Görüşdə Mədəniyyət Nazirliyi və İtaliyanın film istehsalı şirkətləri olan “İmago Group”, “United Cultures” və “Sandro Teti” Nəşriyyat Evinin birgə dəstəyi ilə keçirilən festivalın İtaliya və Azərbaycan kino sənayesinin təbliğ və inkişaf etdirilməsinə xidmət etdiyi qeyd edilib. Həmçinin görüşdə birgə əməkdaşlıq məsələləri müzakirə edilib, ölkələr arasında yeni layihələrin həyata keçirilməsi üzrə fikir mübadiləsi aparılıb və bu əlaqələrin daha dərinləşdirilməsi üçün bir sıra işlərin görülməsi barədə vurğulanıb.

Nəşriyyat Evinin təsisçisi Sandro Teti səmimi qəbula görə nazir Əbülfəs Qarayevə təşəkkürünü bildirib, həmçinin Azərbaycan ilə mədəniyyət sahəsində əməkdaşlığın bundan sonra da inkişafına inamını ifadə edib.

Eyni zamanda nazir İtaliya Hökümətinə festivalın keçirilməsində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR