Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Nazir imtahanlarla bağlı əmr imzaladı

Nazir imtahanlarla bağlı əmr imzaladı
Sakura

Yanvarın 3-dən ali və orta ixtisas təhsili müəssisələrində 2018-2019-cu tədris ilinin payız semestrinin…

Yanvarın 3-dən ali və orta ixtisas təhsili müəssisələrində 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb.

Qafqazinfo”nun Təhsil Nazirliyinə istinadən məlumatına görə, nazir Ceyhun Bayramovun müvafiq əmrinə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etməli, rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratmalıdırlar. Həmçinin qərargaha daxil olan hər bir şikayət operativ şəkildə araşdırılmalı, qaynar xəttin fəaliyyəti təmin olunmalıdır.

Şəffaflığı təmin etmək üçün imtahanlarda ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakına şərait yaradılacaq, nazirliyin “Qaynar xətt” xidmətinin fəaliyyəti və imtahan sessiyasının gedişi barədə kütləvi informasiya vasitələrinə müntəzəm məlumat veriləcək.

İmtahan sessiyası fevralın 2-dək davam edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR