Dərc edildi: Baxış sayı: 325
Nazir iki polis zabitini işdən çıxarıb başqa rayonda eyni vəzifəyə təyin etdi
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Redaktor.az xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrinə əsasən, Şəmkir Rayon Polis Şöbəsinin Xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı İsmayılov Bayram İlqar oğlu vəzifəsindən azad edilib.
O, nazirin digər əmri ilə Qazax RPŞ-yə eyni vəzifəyə təyin olunub.
Bundan başqa, Şəmkir RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru Hüseynov Musa Yusif oğlu vəzifəsindən azad edilib. O, Qazax RPŞ-də eyni vəzifəyə təyinat alıb (apa).
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət