Slimfit
  1. MEDİA

Nazir Həsənquliyevin iradlarına cavab verdi

Nazir Həsənquliyevin iradlarına cavab verdi
Sakura

Nazir Həsənquliyevin iradlarına cavab verdi

Bu ilin 10 ayı ərzində 10,1 faiz və ya 40 mindən çox insan vergi ödəmələrinə, 5941 nəfər əlavə dəyər vergisinə cəlb olunub. Bu ilin 10 ayı ərzində vergilərə cəlb edilən obyektlərin sayı 7,3 faiz artıb.

Axar.az xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisdə deputatların suallarına cavab olaraq deyib.

Nazir əlavə edib ki, bütün bunlar vergi inzibatçılığı və qanunvericiliyi sayəsində əldə olunub.

Mikayıl Cabbarov əlavə edib ki, sənaye parklarına 5 milyard manatdan çox sərmayə cəlb edilib, bu parkların əksəriyyəti rayonlarda yerləşir:

“Quş və heyvan ətinin vergidən azad edilməsinə gəldikdə qeyd edim ki, onsuz da quş əti vergidən azad idi. Biz bura heyvan ətini əlavə etmişik. Diri heyvan isə onsuz da vergidən azaddır”.

Nazir deyib ki, əgər kimdəsə Vergilər Nazirliyinin qanunu bərabər şəkildə tətbiq etməməsi haqda məlumat varsa, bu barədə onlara bildirsinlər:

“Biz bu məlumatı qəbul etməyə hazırıq. Qanun eyni şəkildə tətbiq edilir və bu məcburidir”.

Qeyd edək ki, bundan öncə çıxış edən millət vəkili Qüdrət Həsənquliyev vergi güzəştlərinin tətbiqində fərdi maraqların güdülməməsi və hamıya eyni prinsipin tətbiqini vacib saymışdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR