Slimfit
  1. AZƏRBAYCAN

Nazir: "Bu ilin sonuna qədər Azərbaycanda 42 mindən çox abunəçi sabit genişzolaqlı şəbəkəyə qoşulacaq"

Nazir: "Bu ilin sonuna qədər Azərbaycanda 42 mindən çox abunəçi sabit genişzolaqlı şəbəkəyə qoşulacaq"
Sakura

Nazir: "Bu ilin sonuna qədər Azərbaycanda 42 mindən çox abunəçi sabit genişzolaqlı şəbəkəyə qoşulacaq"

"Bu ilin sonuna qədər Azərbaycanda 42 mindən çox abunəçi sabit genişzolaqlı şəbəkəyə qoşulacaq".

"Report" xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin ilk 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib. 

Nazirin sözlərinə görə, hazırda Bakıda bir xətt üzərindən üç xidmət - telefon, internet və televiziya xidmətlərinin göstərilməsini təmin edən GPON və yeni simsiz rabitə texnologiyalarına əsaslanan LTE layihələri həyata keçirilir: "Bu layihələr nəticəsində ilin sonuna qədər 42 mindən çox abunəçi sabit genişzolaqlı şəbəkəyə qoşulacaq. Bundan başqa, hesabat dövrü ərzində ölkəmizdə beynəlxalq internet kanallarının ümumi tutumu 820qeqabitədək artırılıb. Beynəlxalq səs trafikinin etibarlığını və təhlükəsizliyini təmin etmək məqsədilə cari ildən etibarən Beynəlxalq Telefon Stansiyasının üç ehtiyat sistemi istismara verilib".

"Görülən işlər nəticəsində ölkə əhalisinin 80%-dən çoxu internet istifadəçisidir. Əhalinin və turistlərin ictimai yerlərdə internetə daha rahat çıxışını təmin etmək üçün Bakının 20 parkında “İctimai WiFi” istifadəyə verilib", deyə o, əlavə edib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR