Slimfit
  1. AZƏRBAYCAN

Nazir: "Bu ilin iki ayında Azərbaycada əmək müqavilələrinin sayı 53 mindən çox artıb"

Nazir: "Bu ilin iki ayında Azərbaycada əmək müqavilələrinin sayı 53 mindən çox artıb"
Sakura

Nazir: "Bu ilin iki ayında Azərbaycada əmək müqavilələrinin sayı 53 mindən çox artıb"

"Bu ilin iki ayı ərzində qeyri-formal məşğulluqla mübarizə nəticəsində ölkədə əmək müqavilələrinin sayı 53 mindən çox artıb".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bunun 40 mini özəl sektorun payına düşür: "Bu rəqəmlər onu göstərir ki, aparılan islahatlar öz bəhrəsini verir. Əmək müqavilələrindəki artım formal məşğulluğun genişlənməsi, qeyri-formal məşğulluğun azalmasına dəlalət edir".

S.Babayev qeyd edib ki, hazırda Azərbaycanda ümumi məşğulluğun mənzərəsi kifayət qədər normal görünür: "Əsas məqsəd muzdluların payının artırılmasıdır. Bu da onların pensiya və sosial müdafiə təminatına ciddi dəstək verəcək". 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR