Slimfit
  1. İQTİSADİYYAT

Nazir: “Bu ilin əvvəlindən əmək müqavilələrinin sayı 105 min artıb"

Nazir: “Bu ilin  əvvəlindən əmək müqavilələrinin sayı 105 min artıb"
Sakura

Nazir: “Bu ilin əvvəlindən əmək müqavilələrinin sayı 105 min artıb"

“Dövlət sektoru üzrə 925 min, qeyri-dövlət sektoru üzrə isə 735 min, ümumilikdə 1 milyon 660 min muzdla (əmək müqaviləsi ilə) çalışan işçinin iş yerinin və əməkhaqqı gəlirinin qorunması təmin edilib”.

Ens.az Apa.az-a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Azərbaycan” qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Nazirliyin “Əmək müqaviləsi bildirişi” altsistemindən mayın 1-də əldə olunan məlumata əsasən, 2020-ci ilin əvvəlindən əmək müqavilələrinin sayı 105 min artıb: “Onlardan 94 minə yaxını özəl sektorun payına düşür. Bu dövr ərzində ölkə üzrə əmək haqqı fondu 8 faiz, özəl sektorda əmək haqqı fondu isə 12 faiz artıb. 2020-ci ilin 4 ayı ərzində Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məcburi dövlət sosial sığorta haqlarından daxilolmaları proqnozdan 163 milyon manat və ya 17,2 faiz çox olub. Əgər ötən ilin müvafiq dövrü ilə müqayisə etmiş olsaq, hətta xüsusi karantin rejiminə baxmayaraq, DSMF-nun daxilolmaları keçən ilin müvafiq dövrünə nisbətən 313,4 milyon manat və ya 39,6 faiz artıqdır”.

Bu il üçün nazirliyin hədəfləri barədə danışan nazir deyib ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü olan DOST mərkəzləri şəbəkəsinin bu il regionlar üzrə genişləndirilməsi işləri aparılacaq: “Ötən il Bakının Yasamal rayonunda 1 saylı və Xəzər rayonunda 2 saylı DOST mərkəzləri yaradılıb, yaxın günlərdə paytaxın Nizami rayonunda 3 saylı DOST mərkəzinin açılışı olacaq. Bu il həmçinin Binəqədi rayonunda 4 saylı, Abşeron rayonunda 5 saylı, Sumqayıt şəhərində 6 saylı, Quba və Bərdə rayonlarında 7 və 8 saylı DOST mərkəzlərinin təmir-tikinti işlərinə başlanılacaq və mümkün qədər sürətlə bu işlər yekunlaşdırılacaq. 

2019-cu ildə Yevlax və Naftalan şəhərlərində Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzləri, Mərdəkan Müalicə Pansionatı, Protez-Ortopedik Bərpa Mərkəzi, Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Gəncə şəhərində Peşə Hazırlığı Mərkəzi açılıb. 2020-ci ildə Sumqayıt, Şəki, Şirvan, Xaçmaz, Lənkəran Regional Bərpa Mərkəzlərinin, Şağan Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatının, Göygöl və Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisələrinin əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsini təmin edəcəyik. Qəbələ və Şəmkirdə Uşaq Bərpa Mərkəzlərinin açılması da bu ilə planlaşdırılıb.

Ümumilikdə cari ildə 10 reabilitasiya mərkəzi və sosial xidmət müəssisəsinin istifadəyə verilməsi  nəzərdə tutulub. Peşə hazırlığı mərkəzləri şəbəkəsinin regionlar üzrə genişləndirilməsi üçün bu il üç rayonda – Quba, Bərdə və Şəki rayonlarında peşə tədrisi mərkəzlərinin açılması da planlaşdırılır”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR