Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Nazir: "Bakıda məktəblərdə davamiyyət 64-65%-ə düşmüşdü"

Nazir: "Bakıda məktəblərdə davamiyyət 64-65%-ə düşmüşdü"
Sakura

Nazir: "Bakıda məktəblərdə davamiyyət 64-65%-ə düşmüşdü"

“Bəzən mediada belə fikirlər səslənir ki, məktəblərin distant təhsilə keçməsi ictimai sorğu əsasında olub. Bunun da müəyyən rolu var, amma 3-5 günə tam texniki tələblərə cavab verən sorğu keçirmək imkanımız yoxdur”. 

Ens.az Apa.az-a istinadən xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində “Pandemiya dövründə tədrisin təşkili”nə həsr olunan canlı yayımda bildirib. 

Onun sözlərinə görə, sorğuda 50 min adam rəy verib: “75 faiz adam təxminən məktəblərin bu və ya digər formada bağlanmasının tərəfdarı idi. Digər bir səbəb də məktəblərdə davamiyyətlə bağlıdır. 29 martda Bakıda 80% uşaq məktəbə gəlirdisə, sonrakı 2-3 gün ərzində bu rəqəmin 64-65%-ə düşməsini gördük. Onsuz da gün ərzində də 10-12 məktəb distant təhsilə keçirdi. Həmişə məktəblərin bağlanması-açılması ilə bağlı qərarlar kifayət qədər ağır olur, razı və narazı qalanlar olur. Məqsədimiz vətəndaş məmnuniyyəti ilə yanaşı şagirdlərin öyrənməsini təmin etmək, eyni zamanda sağlamlıqdır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR