Dərc edildi: Baxış sayı: 510
Nazarbayev: Yeltsin özünə bənzəməyən Putini seçdi
Rusiyanın XXI əsrdə ölkəyə rəhbərlik edən və onu ən çətin sınaqlardan keçirən Vladimir Vladimiroviçlə bağlı bəxti gətirib.
Axar.az xəbər verir ki, bunu Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev “RİA Novosti”yə müsahibəsində deyib. O, Rusiyanın Putin sayəsində yenidən böyük güc olduğunu bildirib:
“Rusiya Prezidenti Boris Yeltsin öz xələfini seçməyə uzun müddət sərf etdi və nəticədə seçimini Vladimir Putin üzərində saxladı. 20 il əvvəl Kremlə öz sələfindən tam fərqlənən siyasətçi gəldi, amma o zaman heç kim anlamırdı ki, “Putin epoxası” başlayıb”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət