Slimfit
  1. COĞRAFİYA

Nazarbayev: "Çindən Qafqaza və Avropaya yük daşınması..."

Nazarbayev: "Çindən Qafqaza və Avropaya yük daşınması..."
Sakura

Nazarbayev: "Çindən Qafqaza və Avropaya yük daşınması..."

"Prezident İlham Əliyevin dediyi kimi, Qafqazdan keçməklə Türküstandan Qara dənizə dəmir yolu istifadəyə verilib. Bununla yanaşı, Qazaxıstanın Kurık və Aktau limanlarının yükötürmə qabiliyyəti 26 milyon tona çatıb. Həmçinin Qazaxıstandan, Türkmənistandan və İrandan Körfəz ölkələri bazarlarına daxil olmağa imkan verən dəhlizi qeyd etmək lazımdır. Çindən Qazaxıstan vasitəsilə Xəzər dənizinə, Qafqaz regionuna və Avropaya konteynerlərin daşınması bizim üçün ticari-iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi baxımından yeni imkanlardır".

Publika.az xəbər verir ki, bunu sentyabrın 3-də Qırğız Respublikasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşündə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev deyib.

Qazaxıstan Prezidenti 2015-ci ildə keçirilən Astana Sammitindən ötən dövrdə türkdilli dövlətlər arasında əməkdaşlığın daha da inkişaf etdiyini, siyasi, iqtisadi, sosial və digər sahələrdə əlaqələrin möhkəmləndiyini diqqətə çatdırıb.

Nursultan Nazarbayev Novruz bayramının ortaq tədbirlərlə qeyd olunmasının mədəniyyət sahəsində əməkdaşlıq baxımından önəmini qeyd edib:

"Onu da deyim ki, bizim sədrliyimiz dövründə elmi maarifləndirmə işlərinə xüsusi diqqət yetirilib. Belə ki, Azərbaycanın, Türkiyənin, Qırğızıstanın və Qazaxıstanın məktəb proqramlarına “Ümumtürk tarixi” dərsliyi daxil edilib. Türk Akademiyası tərəfindən tarix üzrə 90-dan çox kitab nəşr edilib, xalqlarımızın dörd əsrlik mədəniyyət mirasının toplandığı “Atalar mirası” portalı istifadəyə verilib, “Türkbarometr sosioloji tədqiqat” layihəsinin reallaşdırılmasına başlanılıb. Dövlətlərimiz arasında turizm sahəsində əməkdaşlığın inkişafı üçün “Müasir İpək Yolu” layihəsinə start verilib".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR