Dərc edildi: Baxış sayı: 609
Naxçıvanda yeni mərkəz yaradıldı - Sərəncam
Naxçıvanda Süni Mayalanma Mərkəzi yaradılıb.
Axar.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb.
Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Süni Mayalanma Mərkəzinin Əsasnaməsini və ştat strukturunu hazırlayıb təsdiq etməli, Maliyyə və Kənd Təsərrüfatı nazirlikləri sərəncamdan irəli gələn məsələləri həll etməlidirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət