Slimfit
  1. AZƏRBAYCAN

Naxçıvanda uşaqların muzeylərə ekskursiyaları təşkil olunub

Naxçıvanda uşaqların muzeylərə ekskursiyaları təşkil olunub
Sakura

Naxçıvanda uşaqların muzeylərə ekskursiyaları təşkil olunub

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibəti ilə silsilə tədbirlər həyata keçirilir.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, həmin tədbirlərin tərkib hissəsi olaraq aztəminatlı, qaçqın və məcburi köçkün, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud uşaqların muzeylərə ekskursiyaları təşkil olunub.

Uşaqlar Heydər Əliyev Muzeyi, Naxçıvan Döyüş Şöhrəti Muzeyi, Duzdağ Fizioterapiya Mərkəzi, Duz Muzeyi, Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksində olub, buradakı eksponatlara baxıb, muzeylər barədə ətraflı məlumat alıblar.

Sonda uşaqlara bayram hədiyyələri təqdim olunub və çay süfrəsi təşkil edilib.

Qeyd edək ki, bu gün muxtar respublikada uşaqlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunur, hüquqlarının müdafiəsi uğurla həyata keçirilir. Onların təhsili, təlim-tərbiyəsi, sağlamlıqlarının qorunması ilə yanaşı asudə vaxtlarının səmərəli təşkili, vətənpərvər ruhda böyüdülməsi diqqət mərkəzində saxlanılır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu istiqamətdə ardıcıl və məqsədyönlü iş aparır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR