Slimfit
  1. İQTİSADİYYAT

Naxçıvanda ötən il 35 mln. manatdan çox nağdsız ödəniş həyata keçirilib

Naxçıvanda ötən il 35 mln. manatdan çox nağdsız ödəniş həyata keçirilib
Sakura

Naxçıvanda ötən il 35 mln. manatdan çox nağdsız ödəniş həyata keçirilib

Naxçıvan Muxtar Respublikasında əsas ödəniş vasitələrindən olan POS-terminalların sayı 1 yanvar 2019-cu il tarixə 1 272-yə çatdırılıb, yenilərinin quraşdırılması hazırda davam etdirilir.

Report”un verdiyi xəbərə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elvin Axundov məlumat verib.

“2018-ci ilin yanvar-dekabr ayları ərzində POS-terminallar və digər ödəniş vasitələri ilə aparılan nağdsız əməliyyatların həcmi 35,093 mln. manat olub. Aparılan nağdsız ödənişlərin 11,149 mln. manatı POS-terminallar vasitəsilə, 23,944 mln. manatı isə internet və digər ödəniş vasitələri üzərindən həyata keçirilib. Vətəndaşlara müasir bank xidməti göstərilməsi məqsədilə cari il ərzində 7 yeni bankomat quraşdırılaraq onların sayı 111-ə, muxtar respublika üzrə əməkhaqqı, pensiya və fərdi ödəniş kartı alanların ümumi sayı isə 269 625-ə çatıb.”,- deyə o qeyd edib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR