Dərc edildi: Baxış sayı: 855
Naxçıvanda nə qədər insan koronavirusa yoluxub? - RƏSMİ
Gündəlik təqdim edilən rəqəmlərin içərisində Naxçıvan Muxtar Respublikasının göstəriciləri də olur”.
Ens.az Azxeber.com-a istinadən xəbər verir ki,bunu "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O qeyd edib ki, bu günə qədər orada 104 koronavirusa yoluxma faktı qeydə alınıb, 4 nəfərin müalicəsi hazırda davam edir.
TƏBİB sədri əlavə edib ki, bu günə qədər qeydə alınan xəstələr arasında hamilə qadınlar da olub:
"Onların arasında bir sıra riskli hamiləliyi olan qadınlar da var idi. Onlardan da ağırlaşma olan xəstə olmayıb”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət