Dərc edildi: Baxış sayı: 288
Naxçıvanda nazir işdən çıxarıldı
Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev vəzifəsindən azad olunub.
"Ens.az" “Report”a istinadla xəbər verir ki,bu barədə müvafiq sərəncam imzalanıb.
Digər sərəncamla Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.
O, əvvəllər Bakıda DOST Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb.
Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev martın 16-da Naxçıvana gedib. O, bu gün C.Cəlilovu kollektivə təqdim edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət