Dərc edildi: Baxış sayı: 387
Naxçıvanda məhkumlar kompleks müayinədən keçirilib
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində 2018-ci ildə görülən işlərlə bağlı kollegiya iclası keçirilib.
Azvision.az -ın məlumatına görə, iclasda bildirilib ki, qarşıya qoyulan vəzifələrin icrası istiqamətində nazirlikdə probasiya sahəsi üzrə müasir elektron izlənmə nəzarət sistemi yaradılıb. Hesabat dövründə muxtar respublikanın şəhər və rayonlarında bələdiyyə fəaliyyəti ilə bağlı 14, notariat və qeydiyyat fəaliyyəti ilə bağlı 6, icra və probasiya xidməti ilə bağlı 5 tədbir keçirilib.
Qeyd olunub ki, hesabat dövründə icra və probasiya üzrə şöbə və bölmələrin icraatına 3174 icra sənədi daxil olub, bunlardan 1002 icra sənədi tam icra olunub. Məhkəmə Ekspertizası Mərkəzinin icraatına 246 ekspertiza işi daxil olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 67 iş çoxdur.
Vurğulanıb ki, 2018-ci il ərzində məhkum və həbs edilmiş şəxslərin hüquqları qorunub, əməliyyat-axtarış və təhlükəsizlik tədbirləri gücləndirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin tapşırığı əsasında Səhiyyə Nazirliyi tərəfindən yaradılmış 8 nəfərdən ibarət xüsusi həkim briqadası cəza çəkən şəxslərin kompleks müayinəsini aparıb.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət