Dərc edildi: Baxış sayı: 514
Naxçıvanda koronavirusdan ölənlərin sayı açıqlandı - RƏSMİ
“Naxçıvan Muxtar Respublikasında koronavirusdan 11 nəfər vəfat edib”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, Naxçıvanda 10 minə yaxın test aparılıb:
“Şübhəli şəxslər üzərində, daha dəqiq desək, 9290 test aparılıb. Aparılan araşdırmalar nəticəsində 142 yoluxma halı qeydə alınıb. Yoluxan şəxslərdən 126-sı sağalıb, 11 nəfər isə vəfat edib. Hazırda isə xəstəxanalarda beş nəfər aktiv xəstə müalicəsini davam etdirir”.
Könül Cəfərli
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət