Naxçıvanda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı keçirilib
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, A növü üzrə imtahan Naxçıvan Dövlət Universitetinin Konservatoriya binasında kompüterlər vasitəsilə keçirilib. İmtahanda 8 dövlət qulluqçusu iştirak edib.
Həmçinin B növü üzrə imtahan Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbində də kağız daşıyıcılar vasitəsilə keçirilib. İmtahanda 30 dövlət qulluqçusu iştirak edib.
İmtahanın keçirilməsi üçün 1 imtahan rəhbəri və 4 nǝzarətçi cəlb edilib. Qeyd edək ki, imtahan saat 10:00-da başlanıb, 2 saat 30 dəqiqə müddətində davam edib.
Naxçıvan Dövlət Universitetinin Konservatoriya binasında keçirilən imtahanda 36 namizəd iştirak edib. İmtahanın idarə olunması üçün 1 imtahan rəhbəri və 4 nəzarətçi ayrılıb.
Bu gün, həmçinin B növü üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilib.
Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbində keçirilən imtahanda 249 namizəd iştirak edib. İmtahanın keçirilməsi üçün 3 imtahan rəhbəri və 23 nəzarətçi cəlb edilib.
Qeyd edək ki, imtahanlar saat 10:00-da başlanıb və 3 saat davam edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət