Dərc edildi: Baxış sayı: 280
Naxçıvanda daha bir təyinat
Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polisi İdarəsinə yeni rəis təyin edilib.
APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, bu vəzifəyə polis polkovnik-leytenantı Mais Məmmədov təyinat alıb.
O, bu təyinata qədər Naxçıvan Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, ötən həftə Naxçıvan DYPİ-nin rəisi, polis mayoru Ayaz Quliyev işdən azad olunmuşdu.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət