Slimfit
  1. CƏMİYYƏT

Naxçıvanda cəzaçəkmə müəsissəsinin nəzarətçisi barəsində cinayət işi başlanıb

Naxçıvanda cəzaçəkmə müəsissəsinin nəzarətçisi barəsində cinayət işi başlanıb
Sakura

Naxçıvanda cəzaçəkmə müəsissəsinin nəzarətçisi barəsində cinayət işi başlanıb

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyindən həmin qurumun Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin nəzarətçisi Ceyhunə Qurbanovanın qanunsuz əməlləri barədə daxil olmuş material üzrə Muxtar Respublika Prokurorluğunda araşdırma aparılıb.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,Naxçıvan Muxtar Respublikası Prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı Ceyhunə Qurbanovanın qulluq mövqeyindən istifadə edərək qeyd olunan müəssisədə cəza çəkən qadın məhkumlardan biri üçün cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə qadağan olunmuş müxtəlif əşyaları yoxlamadan gizlədərək özünə məxsus çantada müəssisəsinin daxilinə keçirməsinə və həmin məhkuma verməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Cinayət Məcəlləsinin 317-1.2-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə verilməsi və ya ötürülməsi) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR