Dərc edildi: Baxış sayı: 410
Naxçıvanda 2137 nəfər işlə təmin edilib
Cari ilin ötən dövrü ərzində Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarının hər birində 2 dəfə əmək yarmarkaları keçirilib. Yarmarkalarda 421 nəfər, ümumilikdə, ötən 9 ay ərzində 2137 nəfər işlə təmin olunub, 222 nəfər peşə hazırlığına, 227 nəfər ictimai işlərə, 13 nəfər kvota yerinə göndərilib.
"Report" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti məlumat yayıb.
Qeyd edilir ki, Naxçıvan şəhərində ötən ay səhiyyə işçiləri üçün keçirilən yarmarkada isə 41 nəfərə göndəriş verilib. Növbəti əmək yarmarkalarına oktyabrın 9-da start veriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət