Slimfit
  1. İQTİSADİYYAT

Naxçıvanda 1708 nəfər işlə təmin olunub

Naxçıvanda 1708 nəfər işlə təmin olunub
Sakura

Naxçıvanda 1708 nəfər işlə təmin olunub

Naxçıvan Muxtar Respublikasında 2018-ci ilin birinci yarısında 1708 nəfər işaxtaran müxtəlif sahələrdə işlə təmin olunub.
AzVision.az-ın məlumatına görə, bu dövrdə 156 nəfər müvəqqəti, 112 nəfər işaxtaran isə sosial əhəmiyyətli haqqıödənilən işlərə cəlb olunub.

Onlardan 13-ü sağlamlıq imkanları məhdud şəxsdir. Hesabat dövründə təşkil olunmuş əmək yarmarkalarında 212 nəfər işlə təmin edilib. Hərbi xidmətdən tərxis olunan gənclərin də məşğulluğu diqqət mərkəzində saxlanılıb, 14 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işə göndərilib, 3 nəfər peşə hazırlığı kursuna cəlb olunub.

Bu dövrdə kənd mərkəzlərində yaradılmış dərzi sexləri, bərbərxana və gözəllik salonlarında monitorinqlər aparılıb, mövcud boş iş yerlərində çalışmaq istəyən şəxslər müəyyənləşdirilib, Naxçıvan Regional Peşə Tədris Mərkəzində müvafiq peşələr üzrə 2 kurs təşkil olunub. Həmin mərkəzlərdə 15 bərbər, 28 bərbər-manikürçü və 5 dərzi olmaqla, 48 nəfər işlə təmin edilib. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR