Slimfit
  1. CƏMİYYƏT

“Naxçıvan” Universitetinin bağlanması ilə bağlı xəbərlər dezinformasiyadır” - Rektor

“Naxçıvan” Universitetinin bağlanması ilə bağlı xəbərlər dezinformasiyadır” - Rektor
Sakura

“Naxçıvan” Universitetinin bağlanması ilə bağlı xəbərlər dezinformasiyadır” - Rektor

“Bu gün “Naxçıvan” Universitetinə verilən lisenziyanın 2024-cü il yanvar ayının 1-dən dayandırılması haqqında məlumatlar paylaşılıb. Təbii ki, xəbər həvəskarları da yoxlamadan bu xəbəri yaymaqdadırlar. Rəsmi olaraq bildirirəm ki, bu xəbər dezinformasiyadır. Universitetimiz əvvəlki qaydada fəaliyyətini davam etdirir”. 

“Ens.Az” Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə “Naxçıvan” Universitetinin rektoru Anar Kazımov bildirib.

“Eyni zamanda xəbərdə guya yoxlamaların aparıldığı və pozuntuların aşkar edilməsi haqqında yazılır. Nə vaxt olub bu yoxlamalar? Hansı qanun pozuntuları aşkarlanıb? 

Hər kəsə məlumdur ki, təsisçi dəyişikliyi olandan və mən fevral ayında rektor təyin olunandan sonra əksinə Universitetimizdə şəffaf və dinamik mühit yaranıb, neqativ hallar tamamilə yığışdırılıb, tədrisi müasir tələblərə cavab verən formaya gətirmək üçün xeyli addımlar atılıb. Tələbələrlə mütəmadi görüşlər keçirilib və təlklifləri dinlənilir. Yerli və xarici ali təhsil müəssisələri ilə tələbə və müəllim mübadilələrinə start verilib.

Sabah, 20 oktyabrda Universitetimizdə dünya şöhrətli alim, “Nobel” mükafatçısı Aziz Sancarla naxçıvanlı tələbələrin və ziyalıların videogörüşü olacaq.

Hər kəsdən xahişimiz budur ki, heç bir rəsmi mənbəyə istinad etməyən xəbərlər paylaşılmasın.

Universitetimiz hər zaman media, mətbuat nümayəndələrinə və ümumiyyətlə, cəmiyyətdə hər kəsə açıqdır.

İnanıram ki, biz əməkdaşlığımızı gələcəkdə belə xəbərlərlə deyil, əsaslı və inkişafa töhfə verəcək xəbərlər əssında quracağıq.

Hər kəsə anlayış üçün minnətdarıq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR