Slimfit
  1. AZƏRBAYCAN

“Naxçıvan” Universitetində 15 ixtisas üzrə kadr hazırlığı aparılır

“Naxçıvan” Universitetində 15 ixtisas üzrə kadr hazırlığı aparılır
Sakura

“Naxçıvan” Universitetində 15 ixtisas üzrə kadr hazırlığı aparılır

2018-2019-cu tədris ilində “Naxçıvan” Universitetinə tələbə qəbulu 30 faiz artıb. Ötən tədris ilində ali təhsil ocağında bakalavr təhsil səviyyəsində 15 ixtisas üzrə 1034 tələbə təhsil alıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar “Naxçıvan” Universitetində keçirilən yığıncaqda universitetin rektoru, professor İsmayıl Əliyev tərəfindən səsləndirilib.

Rektor bildirib ki, Ali Məclis Sədrinin beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasındakı məruzəsində də qeyd olunduğu kimi, muxtar respublikada təhsilin bütün mərhələləri üzrə infrastrukturun yenilənməsinə, müasir informasiya texnologiyaları və tədris vasitələri ilə təchiz olunmuş məktəb binalarının istifadəyə verilməsinə xüsusi diqqət yetirilir. Göstərilən dövlət qayğısı nəticəsində ötən il ali təhsildə də əhəmiyyətli uğurlar qazanılıb. Naxçıvanda fəaliyyət göstərən digər ali təhsil müəssisələri kimi, “Naxçıvan” Universiteti də 2018-ci ildə öz işini dövlətçilik və sosialyönümlü prinsiplər əsasında qurub və hesabat ilində bir sıra müvəffəqiyyətlərə nail olunub. İ.Əliyev vurğulayıb ki, universitetdə kadr hazırlığı ilə 88 nəfərdən ibarət professor-müəllim heyəti məşğul olur. Onlardan 3-ü elmlər doktoru, professor, 20-si fəlsəfə doktoru, dosent, 65-i isə baş müəllim və ixtisaslı müəllimlərdir.

İsmayıl Əliyev diqqətə çatdırıb ki, 2018-ci ildə digər sahələrdə olduğu kimi, beynəlxalq əlaqələr baxımından da universitet üçün uğurlu olub. Cari ildə ali təhsil ocağı beynəlxalq təlim və proqramlarda, müxtəlif sərgilərdə təmsil olunub, istər universitetin tanıtımı, istərsə də ikitərəfli əlaqələrin qurulması və inkişafı baxımından mühüm işlər görülüb. Hesabat ilində Pakistanın Superior Universiteti, Banqladeşin Daffodil Beynəlxalq Universiteti və Karaçinin “Karaçi” Xarici Əlaqələr Şurası, İqra Universiteti və Qazaxıstanın Əhməd Yasəvi Universiteti ilə müqavilələr imzalanaraq yeni əməkdaşlıq əlaqələri qurulub. Mövcud müqavilələrə uyğun olaraq Əhməd Yasəvi Universitetinin müəllimi Aktolkin Abubəkirova 2018-2019-cu tədris ilinin birinci yarısında bir ay müddətində turizm və otelçilik ixtisasında iki fəndən məşğələ aparıb. Bundan başqa, ötən ilin fevral ayında universitetin nümayəndələri Avrasiya Universitetlər Birliyinin təşkilatçılığı ilə İstanbulda keçirilən təhsil sammitində, oktyabr ayında isə “Akare” təhsil sərgisində iştirak edib.

Rektor elm və təhsilin inkişafı, ixtisaslı mütəxəssis hazırlığı istiqamətində qarşıda duran vəzifələrdən bəhs edib, pedaqoji kollektivin bundan sonra da əzmkarlıq və səylə çalışacağına əminliyini bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR