Slimfit
  1. AZƏRBAYCAN

Naxçıvan televiziyası rus dilində xəbər yayımına başlayıb

Naxçıvan televiziyası rus dilində xəbər yayımına başlayıb
Sakura

Naxçıvan televiziyası rus dilində xəbər yayımına başlayıb

Naxçıvan Dövlət Televiziyası avqustun 7-dən etibarən xəbərlərin rus dilində yayımına başlayıb. SİA xəbər verir ki, hər həftənin çərşənbə axşamı saat 21:00-da efirə təqdim olunan “Xəbərlər” proqramında həftə ərzində muxtar respublikanın sosial-iqtisadi və ictimai-mədəni həyatında baş verən hadisələr rusdilli auditoriyaya təqdim olunacaq. Xəbərlərin rus dilində yayımı muxtar respublikanın daha geniş məkanda tanıdılmasına, informasiya blokadasının tam yarılmasına, turizm imkanlarının daha geniş şəkildə təbliğinə xidmət edəcək.

Qeyd edək ki, ötən ildən etibarən Naxçıvan Dövlət Televiziyasında hər həftənin bazar ertəsi günü saat 21:00-da “Xəbərlər”in ingilis dilində yayımı da həyata keçirilir.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR