Slimfit
  1. AZƏRBAYCAN

Naxçıvan şəhərində təşkil olunan məktəbli yarmarkasında çeşid bol, qiymətlər isə münasibdir

Naxçıvan şəhərində təşkil olunan məktəbli yarmarkasında çeşid bol, qiymətlər isə münasibdir
Sakura

Naxçıvan şəhərində təşkil olunan məktəbli yarmarkasında çeşid bol, qiymətlər isə münasibdir

Naxçıvan Muxtar Respublikası Təhsil və İqtisadiyyat nazirliklərinin təşkilatçılığı ilə bir neçə gündür ki, Naxçıvan şəhərindəki Mərkəzi bazarda məktəbli yarmarkası təşkil olunur.

Yarmarkada məktəbli ləvazimatları ilə yanaşı, dərs vəsaitlərinin, test kitablarının, bədii ədəbiyyat nümunələrinin də satışa çıxarılması alıcıların marağına səbəb olub.

AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşları Mərkəzi bazarda olub, yarmarkaya üz tutan valideyn və şagirdlərin fikirlərini öyrəniblər. Satıcılar, valideyn və şagirdlər yaradılmış şəraitdən, göstərilən xidmətdən razı qaldıqlarını bildiriblər.

Müştərilərə təmkin və nəzakətlə xidmət göstərən satıcı Elvin Əliyev suallarımızı cavablandırdı. O qeyd etdi ki, yarmarka təşkil olunan gündən böyük alıcı kütləsi ilə qarşılaşır, məktəbli formalarına olan tələbat gündən-günə artır.

Valideyn Ceyhun Məmmədov çeşid bolluğundan və satış qiymətlərindən razılıqla danışaraq dedi: “Əvvəllər övladlarımız üçün geyim dəsti, dərs ləvazimatları əldə etmək üçün ayrı-ayrı ünvanlara üz tutardıq. Bazar və dükanlardakı qiymətlər münasib olmadığından bəzən evə əliboş qayıdardıq. Bu baxımdan artıq bir neçə ildir ki, təşkil olunan ənənəvi məktəbli yarmarkası biz valideynlərin işini xeyli asanlaşdırıb. Bu da imkan verir ki, daha az vəsaitlə ləvazimatların hamısını və ən əsası da keyfiyyətlisini alaq. Yarmarkanın təşkilinə görə valideynlər adından dövlətimizə minnətdarlığımı bildirirəm”.

Yarmarkada satış yerlərini müşahidə edərkən dərs ləvazimatları ilə qarşımıza çıxan məktəbli Polad Məmmədov və Cəmilə Səfərova da öz sevinclərini bizimlə bölüşdülər. Məktəblilər qeyd etdilər ki, valideynləri onları hər il təşkil olunan bu yarmarkaya gətirir. Çünki burada sərfəli qiymətə bütün məktəbli ləvazimatlarının keyfiyyətlisini ala bilirlər.

Qeyd edək ki, məktəbli yarmarkası sentyabrın 16-dək davam edəcək. Bu müddət ərzində valideynlər istənilən məktəbli ləvazimatını münasib qiymətə ala biləcəklər. Süni qiymət artımının qarşısının alınması məqsədilə muxtar respublikanın İqtisadiyyat Nazirliyi tərəfindən lazımi nəzarət tədbirləri görülür. Bundan başqa, muxtar respublikanın bölgələrində də analoji tədbir keçirilir ki, bu da valideynlərə uzaq məsafə qət etmədən övladlarına lazımi ləvazimatları rahat şəkildə almalarına imkan verir. Yarmarkada qiymətlərin ucuz olması və çeşid zənginliyi hər kəsin ürəyincədir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR