Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyi yaradılıb
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avqustun 4-də Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin yaradılması haqqında sərəncam imzalayıb:
Ens.az Report.az-a istinadən xəbər verir ki,sərəncamda deyilir ki, Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı sahəsində görülən işlər və maddi-texniki bazanın möhkəmləndirilməsi, ümumtəhsil məktəblərinin müasir tədris avadanlıqları ilə təmin olunması, pedaqoji heyətin təkmilləşdirmə kurslarına cəlbi, kimya və biologiya fənləri üzrə şagirdlərin istedad və bacarıqlarının aşkar edilməsi və inkişafı, həmçinin gələcək ixtisas seçiminin istiqamətləndirilməsi yeni tipli təhsil müəssisəsinin yaradılmasını zəruri edib.
Sərəncamla Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyi yaradılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlətDaha Çox