Dərc edildi: Baxış sayı: 373
Naxçıvan Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi olub
Naxçıvan Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi olub.
"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Hüseynov Pencalı Yaqub oğlu və Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Əhmədov Səfər Siyafər oğlu vəzifəsindən azad ediliblər.
Bununla bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı sərəncam imzalayıb. İcra hakimiyyəti başçısının digər sərəncamı ilə Vəliyev Əhməd Zöhrab oğlu Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət