Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr edilmiş sərgi açılıb
AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasında “Naxçıvan Muxtar Respublikası-95” sərgisi açılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, sərgidə “Heydər Əliyev: Müstəqilliyimiz əbədidir”, “Heydər Əliyev və milli-tarixi yaddaşın bərpası”, “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində”, “Naxçıvan tarixi”, “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir”, “Gümrü, Qars və Moskva müqavilələri”, “Behbud ağa Şahtaxtinski: sənədlər və materiallar”, “Naxçıvan Muxtar Respublikası-90”, “Muxtariyyət ərəfəsində Naxçıvan” və bu qəbildən olan digər kitablar nümayiş etdirilir.
Naxçıvanın muxtariyyət tarixi ilə bağlı müxtəlif illərdə qəzet, jurnal və toplularda dərc olunan məqalələr də sərgilənən materiallar arasında yer alıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət