Naxçıvan məhsulları “KazBuild” sərgisində
Qazaxıstanın Almatı şəhərində keçirilən “KazBuild 2018” inşaat və tikinti materialları sərgisində muxtar respublikada istehsal edilən məhsullar da nümayiş olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, həmin məhsullardan panel və alüminium radiatorlar, qapı-pəncərə profilləri, müxtəlifölçülü plastik borular və fitinqlər sərgi iştirakçılarının diqqətini daha çox cəlb edib.
Sərgi çərçivəsində Azərbaycanın, o cümlədən muxtar respublikanın inşaat və tikinti şirkətlərinin nümayəndələri xarici şirkətlərin təmsilçiləri ilə görüşlər keçirib, potensial müştərilərlə məhsulların ixracına dair müzakirələr aparıb, əhəmiyyətli nəticələr əldə ediblər.
Qeyd edək ki, “KazBuild 2018” sərgisi Azərbaycan inşaat və tikinti materialları məhsullarının “Made in Azerbaijan” vahid ölkə stendində təqdim olunduğu ilk beynəlxalq sərgidir. Bu il sərgidə 25 ölkədən 288 inşaat şirkəti iştirak edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət