Dərc edildi: Baxış sayı: 299
Naxçıvan Mədəniyyət Nazirliyinə yeni Aparat rəhbəri təyin olunub
Vəli Səfərov Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Aparatının rəhbəri təyin olunub.
APA-nın Naxçıvan bürosunun xəbərinə görə, Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidovun əmri ilə Vəli Adəm oğlu Səfərov Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Vəli Səfərov bu təyinatadək Naxçıvan Dövlət Filarmoniyasının direktor müavini vəzifəsində çalışırdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət