Dərc edildi: Baxış sayı: 225
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
Sentyabrın 4-ü saat 09:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Ens.Az-ın məlumatına görə,bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət