Dərc edildi: Baxış sayı: 443
Naxçıvan iqtisadiyyatı 1,2% böyüyüb
Bu ilin yanvar-noyabr aylarında Naxçıvan MR-da 2 421,715 mln. manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
“Report” yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü müqayisədə 1,2% çoxdur.
Son 1 ildə Naxçıvanda adambaşına düşən ÜDM-in dəyəri isə 1,9% artaraq 5 330 manata çatıb.
Muxtar respublikada formalaşan ÜDM-in tərkibində ilk yeri sənaye sahəsi tutur. 11 ay ərzində Naxçıvanda 899,617 mln. manat dəyərində sənaye məhsulu istehsal edilib ki, bu da illik müqayisədə 1,1% çoxdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət