Slimfit
  1. CƏMİYYƏT

Naxçıvan Beynəlxalq Hava Limanında gündəlik reyslərin sayı artırılıb

Naxçıvan Beynəlxalq Hava Limanında gündəlik reyslərin sayı artırılıb
Sakura

Naxçıvan Beynəlxalq Hava Limanında gündəlik reyslərin sayı artırılıb

Naxçıvan Beynəlxalq Hava Limanının kollektivi bayram günlərində gücləndirilmiş iş rejimində çalışır. Xidmətin səviyyəsinin daha da yüksəldilməsi üçün bütün qüvvələr səfərbər olunub.

Trend-in məlumatına görə, bayram münasibətilə qrafikə uyğun olaraq reyslərin sayı artırılıb. Ötən gün gündəlik reyslərin sayı 4-dən 10-a çatdırılıb.

Ötən il ərzində yerli hava xətləri ilə 2146 reys, 308 min 249 sərnişin, 4 milyon 899 min 681 kiloqram baqaj, 912 min 629 kiloqram yük, 53 min 892 kiloqram poçt daşınıb. Beynəlxalq daşımalarda isə 140 reys həyata keçirilib. Naxçıvan-İstanbul istiqamətində 4 min 249 sərnişin, eləcə də 58 min 496 kiloqram baqaj, Naxçıvan-Moskva istiqamətində 4 min 128 sərnişin, 77 min 249 kiloqram baqaj daşınıb.

Qeyd edək ki, sərnişin sıxlığına baxmayaraq bayram günlərində bilet satışında heç bir problem yaranmayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR