Slimfit
  1. SİYASƏT

Naxçıvan Ali Məclisinə seçilən deputatların adları açıqlandı - RƏSMİ

Naxçıvan Ali Məclisinə seçilən deputatların adları açıqlandı - RƏSMİ
Sakura

Naxçıvan Ali Məclisinə seçilən deputatların adları açıqlandı - RƏSMİ

 Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası muxtar respublikada Ali Məclisə seçkilər üzrə yaradılmış 45 seçki dairəsi üzrə 9 fevral 2020-ci il tarixdə keçirilmiş seçkilərin nəticələrinə dair həmin dairə seçki komissiyalarından daxil olmuş protokolları, onlara əlavə edilmiş sənədlərlə birlikdə yoxlayıb Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 16-cı və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununun 93.2-ci maddələrinə uyğun olaraq Ali Məclisə seçkilərin ümumi yekunları haqqında Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunu və müvafiq Qərarını tərtib edərək 17 fevral 2020-ci il tarixdə, dairə və məntəqə seçki komissiyalarının protokolları ilə birlikdə seçkilərin yekunlarının yoxlanılıb təsdiq edilməsi üçün Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə təqdim ­edib. 

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Rəyasət Heyətinin 2020-ci il 22 fevral tarixli Qərarına əsasən seçkilərin yekunları, bütövlükdə, təsdiq edildiyindən adları aşağıda qeyd olunan deputatlığa namizədlər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmiş hesab olunublar:

1 saylı Sədərək seçki dairəsi üzrə seçicilərin 2664-nün və ya 72,8 faiz səsini toplamış Qasımov Arif Mikayıl oğlu

2 saylı Heydərabad seçki dairəsi üzrə seçicilərin 3143-nün və ya 72,5 faiz səsini toplamış Əliyeva Vüsalə Abazər qızı

3 saylı Maxta seçki dairəsi üzrə seçicilərin 3862-nin və ya 76,3 faiz səsini toplamış Həsənov Nüsrət Firudin oğlu

4 saylı Yengicə seçki dairəsi üzrə seçicilərin 3274-nün və ya 67,2 faiz səsini toplamış Qəribli İsmayıl Cavanşir oğlu

5 saylı Alışar seçki dairəsi üzrə seçicilərin 3039-nun və ya 67,7 faiz səsini toplamış Babayev Əmir Baxşəli oğlu

6 saylı Çərçiboğan seçki dairəsi üzrə seçicilərin 2522-nin və ya 58,7 faiz səsini toplamış İsayev İsa Bünyad oğlu

7 saylı Yuxarı Aralıq seçki dairəsi üzrə seçicilərin 4678-nin və ya 94,6 faiz səsini toplamış Talıbov Vasif Yusif oğlu

8 saylı Düdəngə seçki dairəsi üzrə seçicilərin 3631-nin və ya 76,2 faiz səsini toplamış Vəliyev Musa Məmməd oğlu

9 saylı Mahmudkənd seçki dairəsi üzrə seçicilərin 2938-nin və ya 67,5 faiz səsini toplamış Möhbəliyev Telman Əli oğlu

10 saylı Şərur seçki dairəsi üzrə seçicilərin 3160-nın və ya 91,4 faiz səsini toplamış Zeynalov Azər Yadulla oğlu

11 saylı Həmzəli seçki dairəsi üzrə seçicilərin 3546-nın və ya 85,7 faiz səsini toplamış Məmmədova Yeganə Qurban qızı

12 saylı Yuxarı Daşarx seçki dairəsi üzrə seçicilərin 2425-nin və ya 66,6 faiz səsini toplamış Vəliyeva Günel Fəxrəddin qızı

13 saylı İbadulla seçki dairəsi üzrə seçicilərin 2590-nın və ya 68,5 faiz səsini toplamış Həsənova Turan Vaqif qızı

14 saylı Danyeri seçki dairəsi üzrə seçicilərin 3132-nin və ya 71,9 faiz səsini toplamış Əliyev Asim Yediyar oğlu

15 saylı Qarabağlar seçki dairəsi üzrə seçicilərin 1616-nın və ya 41,6 faiz səsini toplamış Quluyeva Sevda Rüstəm qızı

16 saylı Qıvraq seçki dairəsi üzrə seçicilərin 3497-nin və ya 75,9 faiz səsini toplamış İbrahimov Anar Adil oğlu

17 saylı Çalxanqala seçki dairəsi üzrə seçicilərin 2675-nin və ya 62 faiz səsini toplamış Məmmədov Ehtimad Cəfər oğlu

18 saylı Nehrəm seçki dairəsi üzrə seçicilərin 3615-nin və ya 81,2 faiz səsini toplamış Niftəliyev Hüseyn Əsrafil oğlu

19 saylı Babək qəsəbə seçki dairəsi üzrə seçicilərin 3750-nin və ya 80,4 faiz səsini toplamış Məmmədov İsa Mustafa oğlu

20 saylı Yarımca seçki dairəsi üzrə seçicilərin 3733-nün və ya 74,8 faiz səsini toplamış Allahverdiyeva Həbibə Rəşad qızı

21 saylı Məzrə seçki dairəsi üzrə seçicilərin 3075-nin və ya 61,8 faiz səsini toplamış Həsənova Esmira Həsən qızı

22 saylı Şıxmahmud seçki dairəsi üzrə seçicilərin 3892-nin və ya 74,1 faiz səsini toplamış Məmmədli Turan Bəyməmməd qızı

23 saylı Cəhri seçki dairəsi üzrə seçicilərin 3225-nin və ya 67,8 faiz səsini toplamış Səfərli Hacıfəxrəddin Yəhya oğlu

24 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 3681-nin və ya 80,8 faiz səsini toplamış Abbasov Vüqar Zakir oğlu

25 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 3942-nin və ya 91,1 faiz səsini toplamış Talıbov Seymur Vasif oğlu

26 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 2829-nun və ya 76,3 faiz səsini toplamış Cəfərli Elman Yusif oğlu

27 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 2265-nin və ya 63,8 faiz səsini toplamış Rzayeva Yazgül Həsənəli qızı

28 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 2482-nin və ya 67,8 faiz səsini toplamış Cəlilzadə Aidə Məhəmməd qızı

29 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 2834-nün və ya 71,7 faiz səsini toplamış Allahverdiyeva Aidə Məhərrəm qızı

30 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 2586-nın və ya 64,2 faiz səsini toplamış Hacıyev Emin Davud oğlu

31 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 3378-nin və ya 81,2 faiz səsini toplamış Məmmədov Nazim Məmməd oğlu

32 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 2373-nün və ya 71,5 faiz səsini toplamış Bababəyli Nazim Səfərəli oğlu

33 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 3348-nin və ya 81,7 faiz səsini toplamış Əzimov Behruz Nurəddin oğlu

34 saylı Şahbuz şəhər seçki dairəsi üzrə seçicilərin 2373-nün və ya 74,3 faiz səsini toplamış Məmmədov Rizvan Təmo oğlu

35 saylı Kolanı seçki dairəsi üzrə seçicilərin 2947-nin və ya 75,2 faiz səsini toplamış İsmayılov Cəbi Əziz oğlu

36 saylı Şahbuzkənd seçki dairəsi üzrə seçicilərin 2263-nün və ya 63,1 faiz səsini toplamış Bağırsoylu Hüseyn Qədirulla oğlu

37 saylı Culfa şəhər seçki dairəsi üzrə seçicilərin 3105-nin və ya 72,2 faiz səsini toplamış İbrahimov Qadir Abbas oğlu

38 saylı Yaycı seçki dairəsi üzrə seçicilərin 3102-nin və ya 73,8 faiz səsini toplamış Fərəcov Fərəc Rza oğlu

39 saylı Ərəzin seçki dairəsi üzrə seçicilərin 3296-nın və ya 75,8 faiz səsini toplamış Bağırov Zəbur David oğlu

40 saylı Saltaq seçki dairəsi üzrə seçicilərin 3251-nin və ya 82,3 faiz səsini toplamış Həşimli Hüseyn Məmməd oğlu

41 saylı Ordubad şəhər seçki dairəsi üzrə seçicilərin 2866-nın və ya 83,2 faiz səsini toplamış İsmayılov Ehtibar Şəhrud oğlu

42 saylı Ordubad şəhər seçki dairəsi üzrə seçicilərin 2463-nün və ya 67,4 faiz səsini toplamış Zeynalov Eldar Əhməd oğlu

43 saylı Yuxarı Əylis seçki dairəsi üzrə seçicilərin 2295-nin və ya 65,8 faiz səsini toplamış Cəfərli Əhəd Məmməd oğlu

44 saylı Vənənd seçki dairəsi üzrə seçicilərin 2644-nün və ya 68,3 faiz səsini toplamış Babayev Tofiq Süleyman oğlu

45 saylı Aza seçki dairəsi üzrə seçicilərin 2805-nin və ya 64,9 faiz səsini toplamış İbadov Telman Əsəd oğlu.

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarıında bildirilir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 9 dekabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər təyin edilib.

Seçkilər təyin edildikdən sonra Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” hazırlanıb təsdiq olunub. Seçki komissiyalarının bütün fəaliyyəti “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununa və təsdiq olunmuş Təqvim Planına uyğun təşkil olunub.

“Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununun 27.1-ci, 32-ci və 33-cü maddələrinə uyğun olaraq muxtar respublikanın ərazisində seçicilərin orta təmsilçilik norması nəzərə alınmaqla dairə və məntəqə seçki komissiyaları təşkil edilmiş və tərkibi müxtəlif siyasi partiyaların və ictimai təşkilatların irəli sürdükləri bitərəf namizədlər ­sırasından formalaşdırılıb.

Seçki komissiyaları müvafiq bina, rabitə vasitələri, texniki avadanlıqlar və lazımi inventarlarla təmin olunaraq, onlara tələb olunan bütün sənədlər, dəftərxana ləvazimatları, əşyalar, təlimat, izah, qaydalar və digər metodiki vasitələr verilib.

Mərkəzi Seçki Komissiyası tərəfindən dairə və məntəqə seçki komissiyaları üzvlərinin maarifləndirilməsi məqsədilə seminar-müşavirələr keçirilmiş, hüquqi, metodiki, texniki­-təşkilatı köməklik göstərilmiş, seçici siyahıları, seçki bülletenləri və digər lazım olan sənədlər vaxtında hazırlanıb çatdırılıb.

Ali Məclisə seçkilər üzrə deputatlığa namizədlərin irəli sürülməsi qanuna uyğun keçirilmiş, Mərkəzi Seçki Komissiyasına bununla bağlı heç bir şikayət daxil olmayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər üzrə namizədliyini irəli sürmək istəyən 140 nəfər müvafiq seçki komissiyalarına tələb olunan sənədləri təqdim edərək imza vərəqələri götürüb, onlardan hamısı qanunla müəyyən olunmuş müddətdə imza vərəqələrini və onlara əlavə olunan digər sənədləri dairə seçki komissiyalarına təqdim edərək namizədlikləri qeydə alınıb.

Seçki günü səsvermənin gedişi zamanı seçicilərin rahat səs vermələri təmin olunmuş, vətəndaşların seçki hüquqlarının pozulması ilə bağlı nə namizədlər, nə seçkiləri müşahidə edən şəxslər, nə də seçicilər tərəfindən Mərkəzi Seçki Komissiyasına heç bir şikayət daxil ­olmayıb.

ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar bürosunun uzunmüddətli müşahidəçiləri seçkilərə start veriləndən Naxçıvan Muxtar Respublikasına gəlmiş, burada olduqları müddətdə muxtar respublikanın bütün ərazisində fəaliyyət göstərən açıq və qapalı məntəqələr, o cümlədən ucqar bölgədə yerləşən seçki məntəqələri ilə tanış olmuş, seçki günü müşahidə aparıblar.

Seçki başa çatdıqdan sonra isə əlavə olaraq bir həftə də Naxçıvanda qalaraq, əhalinin yeni seçilmiş namizədə olan münasibətini və dairə seçki komissiyalarına şikayətlərin daxil olub-olmamasını öyrəniblər.

Seçkilərə üç gün qalmış isə ATƏT-in və MDB Parlament Assambleyasının qısa müddətli müşahidəçiləri, həmçinin siyasi partiyaların Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında qeydiyyata alınaraq Naxçıvan Muxtar Respublikasının bütün ərazisində müşahidə aparmaq statusu olan müşahidəçiləri demək olar ki, muxtar respublikanın bütün ərazisində səsvermə prosesini izləyiblər.

Qeyd olunan şəxslər Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin gedişini müşahidə etsələr də, həm Milli Məclisə, həm də Ali Məclisə seçkilər üzrə səsvermə eyni yerdə olduğu üçün onlar Ali Məclisə seçkiləri də müşahidə etmiş və heç bir nöqsan və ya seçki pozuntusu qeydə almayıblar.

başa çatdıqdan sonra Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyaları tərəfindən təqdim olunan protokolların və digər seçki sənədlərinin qəbul olunması seçki qanunvericiliyinə uyğun olaraq fasiləsiz həyata keçirilib.

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası 45 seçki dairəsinin dairə seçki komissiyaları və onların tərkibində təşkil edilmiş 316 seçki məntəqəsinin məntəqə seçki komissiyaları tərəfindən “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununun 89-cu və 90-cı maddələrinə uyğun olaraq tərtib edilmiş səsvermənin nəticələrinin müəyyən edilməsi haqqında protokolları yoxlayıb.

Tərtib olunmuş protokollar seçki komissiyaları üzvlərinin hamısı tərəfindən heç bir xüsusi rəy qeyd olunmadan imzalanıb. Protokolların tam seçki qanunvericiliyinə uyğun tərtib olunması qənaətinə gəlinib.

Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən 316 seçki məntəqəsindən səsvermənin nəticələri etibarsız hesab edilmiş və ya səsvermənin baş tutmadığı seçki məntəqələri olmayıb.

Dairə və məntəqə seçki komissiyalarından Mərkəzi Seçki Komissiyasına daxil olmuş protokollara əsasən seçici siyahılarında qeydə alınmış 271771 (iki yüz yetmiş bir min yeddi yüz yetmiş bir) seçicidən 190669 (yüz doxsan min altı yüz altmış doqquz) nəfəri, yəni 70,16 faizi seçkilərdə iştirak edib, seçki qutularında olan seçki bülletenlərinin 187807 (yüz səksən yeddi min səkkiz yüz yeddi) ədədi, yəni 98,5 faizi etibarlı sayılıb, 2862 (iki min səkkiz yüz altmış iki) ədəd və ya 1,5 faiz bülleten etibarsız sayılıb, 81102 (səksən bir min yüz iki) bülleten isə istifadə edilmədiyi üçün ləğv edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR