Dərc edildi: Baxış sayı: 411
NATO Türkiyə və ABŞ-ın bu addımını alqışladı
Alyansın iki üzvü - ABŞ və Türkiyənin Suriyanın şimalında atəşkəs elan edilməsi ilə bağlı razılaşmasını NATO alqışlayır.
Axar.az xəbər verir ki, bu sözləri NATO rəhbəri Yens Stoltenberq deyib.
O bildirib ki, belə razılaşma Suriyanın şimalında gərginliyin azaldılması üçün zəmin hazırlayacaq.
Qeyd edək ki, oktyabrın 17-də Türkiyə lideri Ərdoğanla ABŞ vitse-prezidenti Pens arasında razılaşma əldə edilib. Razılaşmaya əsasən, Türkiyə 120 saat ərzində "Sülh çeşməsi" əməliyyatını dayandırıb. Əvəzində ABŞ YPG-nin başçılıq etdiyi SDQ qüvvələrinin Suriyanın şimal-şərqindən geri çəkiləcəyi və ağır silahların onlardan alınacağını öz üzərinə götürüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət