Dərc edildi: Baxış sayı: 489
NATO rəhbəri Putinlə niyə görüşmək istəyir?
NATO rəhbəri Rusiya Prezidenti Vladimir Putinlə taktiki manevr üçün görüşmək istəyir.
Axar.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində rusiyalı senator Aleksey Puşkov paylaşıb.
“Makron tərəfindən müqavimətlə üzləşən Stoltenberq bəyan edib ki, Putinlə görüşməyə hazırdır. Məsələ odur ki, bu görüş nəyə görədir? NATO-nun artan hərbi aktivliyini gizlədən dialoq görüntüsü yaratmaq, yoxsa gərginliyi azaltmaq üçün?! Görüntü naminə daha ağır gəlir”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə NATO Baş katibi Yens Stoltenberq Putinlə görüşməyə hazır olduğunu bəyan etmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət