Slimfit
  1. AZƏRBAYCAN

NATO-nun ən yüksək zirvəsində Bakı müzakirəsi – Deputat

NATO-nun ən yüksək zirvəsində Bakı müzakirəsi – Deputat
Sakura

NATO-nun ən yüksək zirvəsində Bakı müzakirəsi – Deputat

Azərbaycanın apardığı siyasət, həyata keçirdiyi enerji və infrastruktur layihələri həm Azərbaycanın maraqlarını əks etdirir, həm də regionda sülh və sabitlik yaradan amil rolunu oynayır.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov deyib. O bildirib ki, bu layihələr Avropanın, qlobal şəkildə götürəndə dünyanın təhlükəsizliyini təmin edir:

“Heç kim üçün sirr deyil ki, Azərbaycanın enerji layihələri bu gün Avropanın enerji təhlükəsizliyini təmin edən layihələrə çevrilib. Bununla bağlı AB dəfələrlə öz münasibətini konkret olaraq ortaya qoyub. Eyni şəkildə infrastruktur layihələri də belədir. Azərbaycan beynəlxalq antiterror əməliyyatlarında çox aktiv iştirak edən dövlətlərdən biridir. Azərbaycanın Əfqanıstanda, İraqda hərbçiləri var. Əfqanıstanda terrora qarşı mübarizədə Azərbaycanın rolu danılmazdır. Buna görə də NATO-nun ən yüksək zirvəsində Azərbaycanın rolunun, əhəmiyyətinin xüsusi olaraq qeyd edilməsi təsadüfi deyil”.

Millət vəkili vurğulayıb ki, həyata keçirilən layihələrə, aparılan siyasətə şübhə və istehza ilə yanaşan bəzi qüvvələr var idi:

“Azərbaycanın həyata keçirdiyi layihələrin region, Qərb, dünya üçün əhəmiyyəti olmadığını deyən həmin qüvvələr böyük səhvə yol verir. Artıq dünyanın ən güclü bloku olan NATO-da Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin əhəmiyyəti xüsusi vurğulanır. Şərqi və Qərbi qısa, səmərəli və təhlükəsiz formada birləşdirən yol Bakı-Tiflis-Qars dəmir yoludur. Bundan NATO da, Avropa Birliyi də istifadə edəcək. Mən sizi inandırım ki, bu layihələr tam şəkildə işə düşəndə Azərbaycan haqqında ən yüksək tribunalardan, ən yüksək rütbəli şəxslər tərəfindən xeyli xoş sözlər söyləniləcək”.

Millət vəkili Azərbaycanın Qərblə yaxınlaşmasına maraqları Qərblə uzlaşmayan region ölkələrinin hansı reaksiya verəcəyinə də münasibət bildirib:

“Biz nə böyük, nə də kiçik dövlətin maraqlarına zidd bir hərəkət edirik. Məhz ona görə də regionda maraqları bir-birinə toqquşduran deyil, maraqları bir-biri ilə səmərəli əlaqələndirən və uzlaşdıran ölkə kimi dünyaya özümüzü tanıtmışıq. Heç təsadüfi deyil ki, məhz Azərbaycanda həm NATO-nun, həm də Rusiyanın baş qərargahlarının ən yüksək rütbəli şəxsləri görüşür. Şərq-Qərb dəhlizinin inkişafında müstəsna rol oynayan Bakı-Tiflis-Qars dəmiryolunun əhəmiyyəti həm Avropa, həm dünyanın başqa beynəxlalq təşkilatlarında təmsil olunan yüksək rütbəli şəxslər tərəfindən qeyd olunur. O cümlədən Şimal-Cənub dəhlizi haqqında da bu fikirlər səsləndirilir. Biz dəfələrlə qeyd etmişik, indi də qeyd edirik ki, Azərbaycanın apardığı siyasət heç bir dövlətə qarşı deyil, bu siyasət sadəcə Azərbaycanın milli maraqlarını özündə ehtiva edir. Bu siyasət hamı üçün qəbulolunandır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR