Slimfit
  1. DÜNYA

NATO Finlandiyada təlimlər keçirəcək

NATO Finlandiyada təlimlər keçirəcək
Sakura

NATO Finlandiyada təlimlər keçirəcək

Finlandiyada aprelin sonundan iyunun əvvəlinə kimi NATO-nun irimiqyaslı təlimləri keçiriləcək.

Ens.az Apa.az-a istinadən xəbər verir ki,bu barədə Finlandiya quru qoşunlarının mətbuat xidməti məlumat yayıb.

Təlimlərdə NATO ölkələrindən 20 minə yaxın hərbçi iştirak edəcək.

Toplanış aprelin 26-da başlayacaq və tank qüvvələrinin manevrlərini əhatə edəcək.

Təlimlərdə Finlandiya, ABŞ, Böyük Britaniya, Latviya və Estoniyadan olan hərbçilərin iştirakı gözlənilir.

Həmçinin bildirilir ki, Finlandiyanın Mikkeli şəhərində Şimali Avropa ölkələri üçün NATO-nun quru qoşunlarının qərargahının yaradılması planlaşdırılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR