Dərc edildi: Baxış sayı: 579
NATO ekspertləri Azərbaycana gəliblər
Silahlı Qüvvələrin Hərbi Akademiyasında Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində NATO ekspertlərinin iştirakı ilə pedaqoji təlimatçıların treninqi keçirilir.
Müdafiə Nazirliyindən "Report"a verilən xəbərə görə, treninqin məqsədi aparıcı pedaqoji təlimatçıların hazırlanaraq, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin pedaqoji potensialının Müdafiə Nazirliyinin kadr resursları hesabına təkmilləşdirilməsinə yardım göstərməkdən ibarətdir.
Sentyabrın 27-dək davam edəcək treninqi müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət