Slimfit
  1. DÜNYA

NATO-dan xəbərdarlıq: 7 əsas hədəf

NATO-dan xəbərdarlıq: 7 əsas hədəf
Sakura

NATO-dan xəbərdarlıq: 7 əsas hədəf

Koronavirus pandemiyası dövründə terror qruplaşmaları aktivləşə bilər.

Axar.az xəbər verir ki, bu sözləri NATO rəhbəri Yens Stoltenberq deyib.

Stoltenberqin sözlərinə görə, belə bir zamanda təhlükəsizlik sistemlərinə müdaxilə cəhdləri hələ də var və məkrli planları olanlar bu vəziyyətdən istifadə edə bilər.

Baş katib vurğulayıb ki, COVİD-19-la mübarizə çərçivəsində gələcəyə də hazırlıqlar görülməlidir:

 

“NATO-nun 7 əsas fəaliyyət sahəsinin olduğunu xatırlatmaq istəyirəm: Əsas dövlət vəzifələrinin yerinə yetirilməsi, enerji tədarükü, şəxslərin nəzarətsiz hərəkəti, daimi su və qida mənbələri, kütləvi ölümlərin qarşısının alınması, daimi rabitə və mülki infrakstruktur... Mövcud böhran bizə orta və uzun vədə üçün lazımi dərsi çıxarmağımıza yardımçı oldu. Hazırda əsas məqsədimiz lazımi dəstəyi qazanmaq və həyat xilas etməkdir”, - deyə baş katib bildirib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR