Slimfit
  1. CƏMİYYƏT

NATO-da Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirildi

NATO-da Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirildi
Sakura

NATO-da Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirildi

Azərbaycan Silahlı Qüvvələrinin yaranması və ölkəmizlə NATO arasında tərəfdaşlığının 25-ci ildönümü münasibəti ilə Azərbaycan Respublikasının Şimali Atlantika Alyansı Təşkilatı yanında Nümayəndəliyi tərəfindən Brüssel şəhərində yerləşən NATO-nun mənzil qərargahında rəsmi ziyafət və foto sərgi təşkil olunub.
 
Müdafiə Nazirliyindən Bakupost-a verilən məlumata görə, tədbirdə NATO-nun üzv və tərəfdaş ölkələrinin Alyans yanındakı səfirləri, hərbi nümayəndələri, diplomatik korpusun üzvləri, NATO-nun Beynəlxalq Qərargahının və Beynəlxalq Hərbi Qərargahının üzvləri, NATO-nun Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığı (SHAPE) Qərargahının rəsmiləri iştirak ediblər.
 
Tədbir zamanı qonaqlara Azərbaycan Silahlı Qüvvələrinin yaranması və inkişaf tarixi ilə yanaşı, Azərbaycanın NATO ilə 25 illik çoxşaxəli əməkdaşlığı, sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhə və təhlükəsizliyə verdiyi töhfə və Avro-Atlantik məkanda sülhə nail olmaq istiqamətində həyata keçirdiyi uğurlu fəaliyyətlər barədə məlumatlar verilib.
Rəsmi qəbul zamanı, qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim olunub.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR