Dərc edildi: Baxış sayı: 556
Natiq Məmmədov yenidən bu vəzifəyə təyin olundu
Nazirlər Kabineti Aparatının rəhbərinin müavini postu yenidən bərpa edilib.
Ens.az Mediapost.az-a istinadən xəbər verir ki, yenidən bu vəzifəyə Natiq Məmmədov təyin olunub.
Qeyd edək ki, Natiq Məmmədov 2018-ci ildə Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini vəzifəsindən azad olunaraq, Nazirlər Kabineti Aparat rəhbərinin müavini vəzifəsinə təyin edilmişdi.
Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Nazirlər Kabineti Aparatının yeni strukturunda Nazirlər Kabineti Aparatının rəhbərinin müavini və köməkçiləri postları ləğv edilmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət