Dərc edildi: Baxış sayı: 548
“National Geographic” Cocuq Mərcanlıdan yazdı
Məşhur “National Geographic” jurnalı Cocuq Mərcanlıdan yazıb.
Trend-in məlumatına görə, sosial və siyasi məsələlər üzrə məşhur fotoqraf Ed Kaşi Cəbrayılın Cocuq Mərcanlı kəndində olan zaman maraqlı şəkil çəkib. Şəkildə at belində avtomobilə yaxınlaşan gənc oğlan təsvir olunub.
Həmin fotonu “National Geographic” jurnalı öz "Instagram" səhifəsində yerləşdirərək bu cür şərh verib:
“Cavan oğlan Cocuq Mərcanlıda maşına yaxınlaşarkən. Bu kənd erməni işğalından azad olunandan sonra tikinti bumu yaşayır. Bu bölgədə evlər, məktəblər, idman və digər obyektlər tikilir. Ərazidə münaqişə ilə əlaqədar olaraq əvvəllər yaşayış olmayıb”.
Qeyd edək ki, fotoqraf Azərbaycan sərhədçisinin şəkilini də çəkərək öz səhifəsində paylaşıb. Foto Füzuli rayonunun İranla sərhədində çəkilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət