Slimfit
  1. MARAQLI

Natan Lerner - Bakı ruhu ilə Sovetlər Birliyində məşhur cizgi filmlərini yaratmış şəxs

Natan Lerner - Bakı ruhu ilə Sovetlər Birliyində məşhur cizgi filmlərini yaratmış şəxs
Sakura

Cizgi filmlərindəki hadisələrin Bakıda və ya yaxın bir yerdə baş verməsi təəssüratı var

Uşaqlıq həm də o cəhəti ilə maraqlıdır ki, insanın bütün sonrakı həyatına iz buraxır. 

Sən hər kəs ola, özündən hər kəs yetişdirə bilərsən, amma inkişafın erkən mərhələsində sənin beyinində iz buraxan hər şey həmişəlik səninlə qalacaq

İnternet şərhlərində bəzən müəyyən adamlar  həyatlarının sasdəcə erkən çağlarını Bakıda keçirmiş insanlar barədə yazılara kobud, savadsız reaksiya bildirirlər. Görünür onlar sadəcə başa düşmürlər ki, bunlar bizim uydurmamız yox, elmi cəhətdən təsdiqlənmiş həqiqətdir - insanın şəxsiyyətinin çox hissəsi məktəbəqədər yaşda formalaşır. (Beyin 7 yaşa qədər öz inkişafını tamamilə qurtarır.) 

Şəxsən mənim üçün bu fakt  Natan Oziasoviç Lernerin işi ilə tanışlıq vaxtı bir daha təsdiqləndi.

Lernerin multiplikasiyası

Uşaq ikən əlbəttə ki, Natan Lerner haqqında heç bir məlumatım yox idi, amma cizgi filmlərinin doğurduğu hissləri - yaxın və əziz bir şey hissini çox yaxşı xatırlayıram.

Sözlə izah etmək çətindir, amma cizgi filmlərindəki hadisələrin Bakıda və ya yaxın bir yerdə baş verməsi təəssüratı yaranıb. Demək olar, həm müsbət, həm də mənfi cizgi filmlərinin hamısı Bakı personajları ilə örtüşürdü. Bilmirəm, bəlkə bu, cizgi filmlərinin ruhu ilə bağlıdır.

Məsələn, heç olmasa, "İtiyeriyən Muk" (1975) cizgi filmini  xatırlayın. Şərq koloriti ilə dolu bu cəlbedici orijinal cizgi filmini. Bu halda, hətta ən mənfi personajlar da heyrətamiz dərəcədə mehriban görünürlər. Ən əsas "yaramaz"a belə adamın ürəkdən yazığı gəlir.

İtiyeriyən Muk 

Bəs oradakı yumor. Hər kadr, hər şeir parçası necə mənalıdır.

Bəs bu Köhnə Şəhərdən Bakı pişikləri deyillər??

Pişiklər

Bəs musiqi. Necə mahnılar var orda ...

Bir sözlə, bu, Bakı havası duyulan yeganə şah əsəri deyil.

Ancaq digər cizgi filmlərinə keçməzdən əvvəl, Natan Lernerin Bakıdakı həyatı ilə tanış olaq.

Ortaq bir şey var, elə deyilmi?

Bakılı Natan Lerner

Təəssüf ki, İnternetdə, hətta Vikipediyada və xüsusi mənbələrdə Natan Oziasoviç haqqında son dərəcə az məlumat var. O, memuar yazmayıb, müsahibələr vermirdi və müasirləri əsasən, onun nə qədər gözəl bir animator və şəxsiyyət olduğunu yada salırlar.

Onun valideynləri və gənclik illəri haqqında zərrə-zərrə məlumat toplamaq üçün İnternetin ağlasığmaz nöqtələrinə çıxmalı oldum.

Natan Lerner

Valideynləri

Natanın hər iki valideyni sakit bir həyat üçün Bakıya gəlmişdilər:

atası Ozias Moiseyeviç Lerner, valideynləri ilə birlikdə 1903-cü ildə, 2 yaşında olanda Kişinyov qırğınından sonra. (1901-ci ildə Bessarabia quberniyasında Novoselitsa kəndində anadan olub);

anası, Revekka İsaakovna Lerner (qız soyadı Kopıtel), 1921-ci ildə Ukraynadan gəlmişdi (1908-ci ildə Odessada anadan olub).

Revekka İsaakovna Lerner

Anası müğənni idi, yaxşı səsi vardı (metso-soprano), amma karyerası alınmadı. Müharibə, ərinin ölümü. Yalnız hospitallarda çıxış etməli oldu.

1941-ci ildə ata cəbhəyə getdi, 1942-ci ilin sentyabrında itkin düşdü. 1985-ci ildə ana vəfat etdi.

Məlumatlar var ki, Natanın kiçik bir qardaşı da olub, ancaq onun taleyinin necə inkişaf etdiyi bilinmir.

Təəssüf ki, bir çox arxivlərə obyektiv səbəblərdən daxil ola bilməmişəm, odur ki, məlumat qıtlığına görə, üzrlü sayın.

Gənclik illəri

Natan Oziasoviç 1932-ci ildə anadan olub. O illərdə uzaq şəhərətrafı sayılan Zavokzalnıy ərazisində ailəsiylə yaşayırdı.

Bununla belə,  Lernerlərin evində royal vardı, kiçik Natan isə uşaqlığından musiqiyə həvəs göstərirdi. Ana-müğənninin bütün repertuarını əzbər bilir.

 Lakin yaşadıqları ərazi elə də yaxşı yer deyildi, müharibə başladıqdan sonra atası cəbhəyə gedəndə yəhudi ailəsinin orada yaşaması çox çətin olur.

Natan rəsm çəkməyə böyük maraq göstərərək praktiki olaraq məktəbi tərk edir.

1940-cı ilin xəritəsi

O dövrdə Dzerjinski Parkı ən böyük şəhər parkı idi və cinayət ocaqlarından biri idi. (Hətta 1945-ci ildən sonra, parkın bir hissəsi Uşaq Dəmir Yolunun nəzdinə keçəndə belə, həmin parkın qeyd olunan “şöhrəti” gələcək onilliklər boyu qalacaqdı.)

Natan məktəb əvəzinə parka gedir, çıxışa ən yaxın olan skamyada oturur və karandaş qırığıyla şəkillər çəkir. Burada o, etdiyi işləri sevən gənclərin (çox güman ki, kriminal) kampaniyası ilə  tanış olur. Onlar yeniyetməni kağız və boyalarla təmin edirlər.

Bu andan tarixi bir uğursuzluq. Çox güman ki, oğlan oğlan hansısa kriminal hadisəyə düşür, ya da anası oğlunun dostlarının onu yaxşı yerə aparmayacaqlarını görür. Odur ki, Natan bir təhər məktəbi bitirən kimi, ailə Moskva ətrafına köçür..

Və orada tamamilə başqa həyat başlayır, 1905-ci il adına Moskva Regional İncəsənət Məktəbinin az nüfuzlu pedaqoji fakültəsinə qəbuldan  tutmuş, Surikov İnstitutuna və VQİK-in (Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu-red.) bədii fakültəsinə qədər.

Quruluşçu rəssam

Kinematoqrafiya İnstitutunu bitirdikdən sonra, Natan Lerner əvvəlcə quruluşçu rəssam kimi cizgi filmlərinin yaradılmasında iştirak edir. Gənc adamı bir anda 60-cı illərin çoxsaylı məşhur animatorları dəvət edirlər  və  o, "sovet klassikasını" çəkir.

"Vəhşi qu quşları" 1960-cı il, sovet kinosunda sıçrayış oldu.. 58 dəqiqə, böyük ekran, gözəl hekayə.

Vəhşi qu quşları 1960-cı il

Bu dövrün cizgi filmlərindən mən bir də "Pişik-balıqçını" (1964) qeyd edərdim, mükəmməl  səslənmə ilə:

Yevgeni Leonov - Pişik

Olqa Arosyeva - Tülkü

Erast Qarin - Canavar

Anatoli Papanov – Ayı

Pişik-balıqçı (1964)

"Fil balası"nın (1967)  hansı cəlbediciliyi olduğunu anlamıram  (yeri gəlmişkən, “fil balası” Rina Zelyonaya idi").

Fil balası (1967)

Əlbətdə ki, mənim zövqümə görə bütün sovet animasiyasının şah əsəri "Casus ehtirasları"dır (1967).

Düşmənlərə yönəlmiş, ancaq KQB-ni lağa qoyan, mümkünsüz bir sarkazm idi, ona görə adamın ruhuna hopurdu.

Casus ehtirasları (1967)

Sizi deyə bilmərəm, amma bütün bu cizgi filmləri uşaqlıqdan ürəyimdə özlərinə yer salıblar. O vaxt olsaydı, indi də məmnuniyyətlə nəzərdən keçirərdim.

Quruluşçu rejissor

1972-ci ildən, 40 yaşlı quruluşçu-rəssam ilk dəfə rejissor kimi debüt etdi. Tacikfilmdə. Artıq növbəti il Natan Lerner "Ekran" Yaradıcılıq Birliyinə, "Multtelefilm" -ə dəvət olundu.

Onun ilk işləri çox populyar olur və sitatlarla təhlil edilir.

Münhauzen

Yadınıza gəlir bu: "Eeee ... əzizim, nə tovuzquşu zad?? Görmürsən, biz yeyirik ..." və ya " Olacaq-olacaq, səndən kabab olacaq”, çox gözəl aksent və intonasiyalarla deyilmişlər. 

Bəli, Lerner beş hissəli " Münhauzenin sərgüzəştləri" cizgi filminin iki seriyasını çəkdikdən sonra bütün İttifaq yeni bölümləri gözləməyə başlayır. Üstəlik uşaqlarla bərabər, böyüklər də.

"Tovuzquşu" cizgi filmindən Cin

Burada da hər şey sonradan “İtiyeriyən Muk”-da olduğu kimidir - çox musiqili, koloritli, gülməli və xeyirxah. Düşünürəm ki, o dövrün bir çox kiçik bakılıları cin ilə bir əlaqə hiss etdilər - çox mənfi və inanılmaz dərəcədə sevimli.

Bakıdakı  uşaq üçün ona irad bildirən hər bir böyük və Bakı pensiyaçısıları çox "gözəl" idi, belə bir cin kimi.  Bir yandan çox sərtdir, ancaq onda özünə qarşı böyük  nəzakət və xeyirxahlıq hiss edirsən.

Gözəl  "tovuzquşu"

Bu tovuzquşunda  tanış xüsusiyyətləri təkcə mən  görürəm?

Əgər böyük plana götürsək, daha da nəzərə çarpır. Sanki Lerner multiplikatorları  həyatdan eskiz almaq üçün Bakıya göndərib.

Hərçənd niyə ki, özü axı rəssamdır. Sadəcə ümumi şəkildə göstərə bilirdi.

Gözəlçə)

Və yenə, nə qədər mehribanlıq və cazibə...

13 nömrəli şeytan balası

Daha bir filmdən bəhs etməyə bilmirəm. Daha doğrusu iki – “Tərsinə" və onun davamı "13 nömrəli Şeytan balası"..

Mən, əksər sovet uşaqları kimi, kukla cizgi filmlərinə nifrət edirdim. Bütün bu pişiklər, itlər, dördayaqlıların dostluğu haqqında ibtidai ssenarilərlə ayılar.  İstənilən çəkilmiş film kukla filmindən 100 qat daha yaxşı idi. Ancaq istisnalar da var ii.

Həminki "Timsah Gena" ya da "ona qədər sayan keçi balası" (nədənsə bu cizgi filmindən həzz alırdım). Eyni istisnalar, şeytan balası haqqında cizgi filmlərinə də aid idi.

Şeytanlar məktəbi

Filmlər 1981-82-ci illərdə, uşaqlar artıq kifayət qədər ərköyün olduqda çəkilmişdilər, amma yenə də yaxşı görünürdülər. Hətta böyük yeniyetmələr tərəfindən..

Lerner burada yenə öz ampluasındadır. Yalnız artıq bütün multfilm mənfi personajlara həsr edilmişdir- pisliklər edən şeytanlara. Ancaq təəccüblüdür ki, hamısı tamaşaçıda simpatiya oyadırlar.

Ana oğlu ilə

Sözardı

Natan Oziasoviç Lerner çox erkən dünyasını dəyişdi. 1993-cü ildə. Cəmi 60 yaşında idi.

Öləndə qoy yuxuma gəlsin

Qumaşdan daha parlaq bir göy zolağı

Və kiçik, boz quş

Qürub şüasının kənarında ...

Natan Lerner

Mənbə: zen.yandex.ru

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR