Dərc edildi: Baxış sayı: 571
NASA Yupiter planetindəki nəhəng buludların fotosunu ilk dəfə yayımlayıb
“Ölkə.Az” xəbər verir ki, fotolar buludlardan 6.200 km uzaqlıqda olan “Juno” kosmik aparatı tərəfindən lentə alınıb.
NASA bildirir ki, alimlər uzun müddətdir ki, kəməri yaradan qıvrımların nə qədər dərin olduğunu və bu qədər mürəkkəb bir strukturu necə yaratdığını anlamağa çalışırlar. Yeni məlumatlara əsasən, buludlar atmosferin 3 min kilometr dərinliyinə girib.
2011-ci ilin 5 avqust tarixində kosmosa göndərilən “Juno” 2016-cı ildə Yupiterin orbitinə daxil olub.
Hikmət Həsənov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət